"TRT Spor"dan Bakı haqqında reportaj
Türkiyənin Avro-2020-də qrup mərhələsinin 2 oyununu Bakıda keçirməsi qardaş ölkədə böyük sevinclə qarşılanıb.
Sportline.az xəbər verir ki, atıq federasiya prezidentindən milli komandanın baş məşqçisinə kimi hər kəs "öz evimizdə oynayacağıq" açıqlamaları verirlər.
TRT Spor-un əməkdaşları şəhərimizdə olaraq bununla bağlı videomaterial hazırlayıb. Bakı küçlərində sorğu keçirən həmkarlarımız həmçinin İTV-nin İdman Departamentinin nümayəndələri Kənan Hakimov və Elnur Əliyevin də münasibətini öyrəniblər.