Tsxadadze Azərbaycan çempionatına qayıdırmı?

"İnter"in (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin yenidən Azərbaycana qayıtması gündəmdədir.  

Sportline.az xəbər verir ki, Qazaxıstan mətbuatı gürcüstanlı mütəxəssisin Premyer Liqa klublarının birindən təklif aldığını yazıb.

"Ordabasi"nin baş məşqçisi Qazaxıstan Premyer 28-ci turunda "Kayrat"la keçirilən oyundan sonra bu barədə sualı cavablandırıb. Gürcüstanlı mütəxəssis "Azərbaycandan bir komandaya rəhbərlik edə biləcəyiniz barədə məlumat nə dərəcədə düzdür" sualına  "Mən heç kimlə danışıq aparmıram" deyə cavab verib.

Qeyd edək ki, Tsxadadze 2009-2015-ci illərdə "İnter"i çalışdırıb.