Tuhel: "Neymarın sağlamlığını riskə ata bilməzdim"

“Neymarı  ehtiyatda saxlamaqdan qorxmuram. Onunla danışmışam, zədə səbəbindən  altı həftə oynamayıb. Buna görə də, onun sağlamlığını riskə ata bilməzdik”.

Sportline.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhel Fransa mətbuatına açıqlamasında deyib.

Amaniyalı mütəxəssis komandanın lideri Neymarı Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Real”la oyunun (2:2) 46-cı dəqiqəsində əvəzləməsinin səbəbini izah edib. O, braziliyalı futbolçunu qorumaq üçün belə qərar verdiyini deyib: “Bu qərarı həm də onun üçün verdik. Belə qərara görə, Neymarı itirməkdən qorxmuram. Bu oyunun çətin keçəcəyini, müdafiəyə xüsusi diqqət edəcəyimizi bilirdim”.