“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
Bu gün “Turan Tovuz” Türkiyənin “Fənərbaxça” klubu ilə yoldaşlıq matçında üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyiblər.
Xatırladaq ki, “Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.
3 oktyabr
20:00. “Turan Tovuz” (Azərbaycan) - “Fənərbaxça” (Türkiyə) - 0:2
Qol: Kante, 60, Çağrı Balta, 74
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.