“Turan Tovuz” “Fənərbaxça”ya qarşı

Bu gün “Turan Tovuz”la Türkiyənin “Fənərbaxça” komandaları arasında  yoldaşlıq oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Matç saat 20:00-da başlayacaq.

Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyəcəklər.

Xatırladaq ki, “Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.

3 oktyabr

20:00. “Turan Tovuz” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.