"Turan-Tovuz"la MOİK kubokda imtina etdi

Azərbaycan kubokunda 2019/2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

Budəfəki yarışda birinci division təmsilçilərindən “Turan-Tovuz” və  MOİK iştirakdan imtina edib.

Püşkatma mərasimi 13 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək və saat 15:00-da başlayacaq.