"Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan I divizionunda mübarizə aparan "Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, komandanı Nizami Sadıqov çalışdıracaq.

Sadıqov bu vəzifədə Eltay Atayevi əvəz edib. O, daha əvvəl də "Turan Tovuz"un baş məşqçisi olub.

Qeyd edək ki, komanda hazırda 16 turdan sonra 13 xalla 11-ci pillədədir.