"Turan Tovuz"un yeni baş məşqçisi rəsmiləşdi

I Divizionun lideri "Turan Tovuz"un yeni baş məşqçisi rəsmən müəyyənləşib.

Sportline.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qərb təmsilçisininin yeni baş məşqçisi İlham Yədullayev olub. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

44 yaşlı mütəxəssis bu vəzifədə "Qəbələ"yə üz tutan Azər Bağırovu əvəzləyib.

Azərbaycan millisinin keçmiş müdafiəçisi bu ilin əvvəlində "Keşlə"nin əvəzedici komandasından ayrıldıqdan sonra işsiz idi.