Turanla bağlı yekun qərar verildi

“Başakşəhər” müqaviləsi mövsümün sonunda başa çatacaq Arda Turanla bağlı qərarını verib.
 
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə müqaviləni uzatmaq fikrində deyil.

Buna səbəb “Barselona”dan icarə götürülən futbolçunun istənilən oyunu göstərə bilməməsidir. "Başakşəhər"in son aylarda oyununa görə tənqid edilən futbolçuya təklif gələcəyi halda qış fasiləsində klubdan ayrılmasına icazə veriləcəyi billdirilir.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Kataloniya klubundan icarə əsasında heyətə qatılan futbolçu bu mövsüm əsas heyətdə meydana çıxmayıb. Arda meydana sonradan daxil olduğu 7 oyunda qol hesabını aça bilməyib. Onun "Başakşəhər"lə icarə müqaviləsi 2020-ci ilin yayına qədərdir.