Türk futbolçu "Spartak"la vidalaşdı

Moskva "Spartak"ı müdafiəçi Sərdar Taşçı ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, türk əsilli almaniyalı futbolçu sosial şəbəkədəki paylaşımında, komandanın azarkeşlərinə və rəhbərliyinə minnətdarlığını bildirib. 

Qeyd edək ki, 2013-cü ildən "Spartak"ın şərəfini qoruyan 31 yaşlı müdafiəçinin, İstanbulun "Başakşəhər" klubuna keçidi gözlənilir.