Türk futbolçuya "Mançester Yunayted"dən 40 milyonluq təklif

Türkiyə millisinin “Yuventus”da çıxış edən üzvü Merih Demirala maraqlı təkliflər var.

Sportline.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Arsenal”, “Milan” kimi klubların maraqlandığı bildirilir.  “Arselan” və MY-nin Demiral üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. “Milan” isə “Yuventus”da elə də şans qazanmayan müdafiəçini icarə əsasında heyətinə qatmaq istəyir.

Demiral 18 milyon avroya “Sassuolo”dan transfer olunduğu “Yuventus”da cəmi 1 oyunda meydana çıxıb.