Türk ordusuna dəstək olan oyunçu futboldan uzaqlaşdırıldı

İran Futbol Federasiyası, "Traktor" komandasının, Türkiyənin Suriyadakı hərbi əməlliyatlarına dəstək nümayiş etdirən futbolçusu Mehdi Bebrini futboldan uzaqlaşdırıb.

Sportline.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bebrinin idmandan kənar davranışları səbəbindən müvəqqəti futboldan uzaqlaşdırıldığı bildirilib.

Qeyd edək ki, Təbriz klubunun oyunçusu sosial media hesabından Türkiyə əsgərinin və bayrağının şəklini paylaşmışdı. O, bu hərəkətinə görə tənqidlərə məruz qaldıqdan sonra paylaşımını silib.