Türkiyə, Fransa və İngiltərə qələbə qazandı

AVRO-2020-nin təsnifat mərhələsində ilk tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha 7 qarşılaşma təşkil olunub.

"H" qrupunda mübarizə aparan Türkiyə millisi Albaniyanı məğlub edib. Həmin qrupda qərarlaşan Fransa Moldovanı xalsız qoyub. 

Gecənin maraqlı oyunlarında biri "B" qrupunda yaşanıb. Portuqaliya seçməsi doğma meydanda Ukraynanın müqavimətini qıra bilməyib.

"A" qrupunda keçirilən İngiltərə - Çexiya görüşündə isə "birincilər" qonaqlara futbol dərsi seçiblər.

21 mart 2019
AVRO-2020 təsnifat mərhələsi
1-ci tur

"A" qrupu

Bolqarıstan - Monteneqro - 1:1
QOLLAR:
Muqoşa, 50 (0:1); Nedelev, 82/p. (1:1)

İngiltərə - Çexiya - 5:0
QOLLAR:
Sterlinq, 24 (1:0); Keyn, 45+2/p. (2:0); Sterlinq, 62 (3:0); Sterlinq, 68 (4:0); Kalas, 84/a.q. (5:0)

"B" qrupu

Lüksemburq - Litva - 2:1
QOLLAR:
Çernıx, 14 (0:1); Barreyro, 45 (1:1); Rodrigez, 55 (2:1)

Portuqaliya - Ukrayna - 0:0

"H" qrupu

Albaniya - Türkiyə - 0:2
QOLLAR:
Burak Yılmaz, 21 (0:1); Hakan Çalhanoğlu, 55 (0:2)

Andorra - İslandiya - 0:2
QOLLAR:
Byarnason, 22 (0:1); Kyartansson, 80 (0:2)

Moldova - Fransa - 1:4
QOLLAR:
Qrizmann, 24 (0:1); Varan, 27 (0:2); Jiru, 36 (0:3); Mbappe, 87 (0:4); Ambros, 89 (1:4)