Türkiyə Avro-2024-ü 8 səs fərqi ilə uduzub

UEFA Avro-2024-ə ev sahibliyi edəcək ölkənin müəyyənləşməsi üçün keçirilən səsverməninin nəticələrini açıqlayıb. 

SportLine.az qurumun saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin üzvlərindən 12-i Almaniyaya, 4-ü Türkiyəyə səs verib. Bir nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, Almaniya daha əvvəl iki dəfə dünya çempinatına, bir dəfə isə qitə birinciliyinə ev sahibliyi edib