Türkiyə - Azərbaycan matçının məkanı açıqlandı

Millimizin Türkiyə ilə yoxlama oyununun məkanı müəyyənləşib.

Sportline.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə. matç Alanyadakı Oba stadionunda keçiriləcək.Oyunun saatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki,  komandalar bu il mayın 26-da qarşılaşacaq.