Türkiyə İtaliyaya qarşı
UEFA Millətlər Liqasında 2-ci turun görüşləri keçirilir.
Sportline.az xəbər verir ki, Türkiyə millisi Bursada İtaliya seçməsi ilə qarşılaşacaq.
"Ay-ulduzlar" İtaliya millisi ilə qarşılaşdığı son 4 görüşdə qələbə qazana bilməyib. 3 məğlubiyyət, 1 heç-heçə.
Heyətlərə nəzər saldıqda Vinçenso Montellanın komandasında əsas itki Orkun Kökçü və Uğurcan Çakırın adı ilə bağlıdır.
Qonaqlarda isə Federiko Dimarko, Brayan Kristante və Nikolo Zaniolo zədədən əziyyət çəkir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək matçı ingiltərəli Maykl Oliver idarə edəcək.