Türkiyə klubunda yeni baş məşqçi
Türkiyə Superliqa təmsilçisi "Kayserispor"un yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə Samet Aybaba təyin edilib. O, istefa verən Hikmet Karamanı əvəzləyib. S.Aybaba ilə 1.5 illik müqavilə imzalanıb.