Türkiyə klubundan "Qarabağ"ın futbolçusuna təklif

Türkiyənin "Rizəspor" klubu "Qarabağ"ın futbolçusuna elçi düşüb.

Sportline.az xəbər verir ki, Super Liqa təmsilçisi Donald Geryenin xidmətində maraqlıdır.

Rizəlilər "Neftçi"nin sabiq üzvü Dario Melnyakı sataraq "Qarabağ"ın futbolçusunu heyətə qatmaq niyyətindədir. 

Qeyd edək ki, Gerye 2017-ci ildə Türkiyənin "Alanyaspor" klubundan "Qarabağ"a transfer olunub.

Ötən mövsüm 37 oyuna çıxan haitili müdafiəçi, 3 qol və 4 məhsuldar ötürmənin müəllifi olub.