Türkiyə Kuboku: "Fənərbağça" yarımfinalda

Türkiyə Kubokunda daha iki yarımfinalçı müəyyənləşib.

SportLine.az xəbər verir ki, yarışın favoritlərindən "Fənərbağça" "Girəsunspor"la görüşdə qələbə qazanmaqla növbəti mərhələyə adlayıb. "Akhisar Bələdiyyəspor" isə "Kayserispor"la görüşdə heç-heçə etməklə yarımfinala yüksəlib.

07 fevral 2018
Türkiyə Kuboku
1/4 final, cavab oyunları

“Kayserispor” - “Akhisar Genclik Spor” 2:2
İlk oyun - 0:1

“Fənərbağça” - “Girəsunspor” 2:1
İlk oyun - 2:1