Türkiyə Kuboku: "Qalatasaray" yoluna davam edir

Türkiyə Kubokunda 1/4 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. Yarışın favoritlərindən "Qalatasaray" doğma meydanda "Konyaspor"u qəbul edib.

İlk oyunda rəqibin müqavimətini qıra bilməyən "cim-bom" bu dəfə azarkeşlərini sevindirib.

08 fevral 2018
Türkiyə Kuboku
1/4 final (cavab oyunu)

“Qalatasaray” - “Konyaspor” 4:1
Qollar:
 Fofana, 14 (0:1), Aziz, 17 (1:1), Qomis, 52 (2:1); 88 (3:1), Rodrigez, 90+1 (4:1)
İlk oyun - 2:2

Qeyd edək ki, bunadək olan nəticələrə görə, "Fənərbağça", "Beşiktaş" və "Akhisar Bələdiyəspor" da yoluna davam edir.