Türkiyə kubokunun qalibi müəyyənləşdi
Bu gün Türkiyə kubokunda 2017-18-ci il mövsümünün qalibi müəyyənləşib.
SportLine.az xəbər verir ki, həlledici görüşdə "Akhisar" və "Fənərbağça" komandaları üz-üzə gəlib.
Diyarbakır stadionunda keçirilən görüş "Akhisar"ın qələbəsi ilə yekunlaşıb.
10 may 2018
Türkiyə Kuboku
FİNAL
"Akhisar" - "Fənərbağça" - 3:2
QOLLAR: Migel Lopes, 32 (1:0); Fernandao, 56 (1:1); Abdul Sissoko, 70 (2:1); Helder Barbosa, 81 (3:1); Jozef De Souza, 86 (3:2)