Türkiyə millisi ciddi itki ilə üzləşdi

Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı ağır zədələnib.

Sportline.az xəbər verir ki, Fransanın "Lill" klubunun yarımmüdafiəçisi uzun müddətə sıradan çıxıb.

Ötən həftəsonu "Monako" ilə keçirilən Liqa1 matçında zədələnən gənc yarımmüdafiəçinin çarpaz bağlarının qopduğu açıqlanıb. 22 yaşlı oyunçu bu həftə əməliyyat olunacaq. Onun ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir. Bu isə o deməkdi ki, Yazıcının Avropa çempionatının final mərhələsində Türkiyə yığmasına kömək etmək şansı azdı.

Qeyd edək ki, Türkiyə millisi İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda yer alıb. "Ay-ulduzlular" İtaliya ilə Romada, digər komandalarla isə Bakıda qarşılaşacaq.