Türkiyəli futbolçunun forması muzeydə sərgilənəcək
"Rubin"in sabiq futbolçusu Gökdeniz Karadenizin forması Tatarıstan Respublikasının Milli Muzeyində saxlanılacaq. SportLine.az xəbər verir ki, futbolçu "Instagram" hesabında bu barədə məlumat paylaşıb.
"10 ildir qürurla geyindiyim "Rubin" forması bu gün Tatarıstan Respublikasının Milli Muzeyinə təqdim olundu. Futbol karyeramda qazandığım mükafatlar da Dünya çempionatı müddətində həmin muzeydə sərgilənəcək", - deyən futbolçu verilən dəyərə görə Tatarıstan prezidenti Rüstəm Minnixanova minnətdarlığını bildirib.
Qeyd edək ki, G.Karadeniz 2008-2018-ci illərdə Kazan təmsilçisinin uğurları üçün çalışıb. O, "Rubin" forması ilə 226 oyuna çıxıb.