Türkiyəli mütəxəssis "Sumqayıt" klubunda

"Sumqayıt" Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat olub. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəni Hakan Sünal icra edəcək. 

Qeyd edək ki, son olaraq Almaniyanın “Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan türk əsilli Hakan Sünal, “Ayntraxt", “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub.

39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.