Türkiyənin qələbəsi istefaya səbəb oldu
Albaniya seçməsinin italiyalı baş məşqçisi Kristian Panuççi istefaya göndərilib.
Sportline.az xəbər verir ki, bu qərar, AÇ-2020-nin seçmə mərhələsində Türkiyəyə məğlubiyyətdən sonra verilib.(0:2).
Alban mətbuatının yaydığı məlumatda, komandanı Andorra ilə martın 25-i keçiriləcək oyuna məşqçilər Ervin Bulku və Suleyman Memanın çıxaracağı bildirilir.
Qeyd edək ki, Kristian Ponuççi 2018-ci ildən Albaniya millisinin baş məşqçisi idi.