Turun ən yaxşı qolu hansı olacaq?

UEFA Çempionlar Liqasında 4-cü turun ən yaxşı qoluna namizədləri təqdim edib. SportLine.az xəbər verir ki, siyahıda 4 qol yer alıb:

Milan Pavkovun ("Srvena Zvezda") "Liverpul"a, Rahim Sterlinqin ("Mançester Siti") "Şaxtyor"a, Otavionun ("Porto") "Lokomotiv"ə və Kriştianu Ronaldunun ("Yuventus") "Mançester Yunayted"ə vurduğu qol "ən yaxşı" adına namizəddir.

Qeyd edək ki, qalib onlayn səsvermə ilə müəyyənləşəcək.

Qolları bu linkdən izləyib səs verə bilərsiniz: UEFA Goal Of The Week