Turun ən yaxşısı "Qarabağ"ın futbolçusu oldu

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 24-cü  turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydadır. 

Millinin üzvü “Sabah”a qarşı görüşdə 79 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.

Araşdırmalara əsasən Riçard Almeyda turun ən yaxşı indeksə malik futbolçusudur.