Turun oyunçusu məlum oldu

Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümünün ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az PFL-in saytına istinadən xəbərə verir ki, "InStat"ın təhlilinə əsasən bu, 312 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimlidir. Gənc oyunçu “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və oyunda yeganə qolu vurub. Araşdırmalara əsasən İsmayıl turun ən yüksək indeksinə malik futbolçusudur.

Qeyd edək ki, bolqarıstanlı oyunçu "Neftçi" ilə görüşdə göstərdiyi oyunu (1:1) ilə seçilib.