"Qəbələ"nin hücumçusu turun oyunçusu oldu

InStat Sportun təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XX turunun ən yaxşı futbolçusu məlum olub.

Sportline.az xəbər verir ki, bu ada "Qəbələ"nin hücumçusu Ceyms Adeniyi layiq görülüb.

Nigeriyalı futbolçu “Səbail”ə qarşı görüşdə dubl etməklə yadda qalıb.

Araşdırmalara əsasən, Ceyms Adeniyi turun ən yaxşı indeksə malik futbolçusudur.