"Turan Tovuz" üçün qurban kəsildi

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" çempionatın hazırlığını Tovuzda davam etdirir.

Sportline.az xəbər verir ki, Tovuz şəhər stadionunun ot örtüyü dəyişdirildiyi üçün komanda bir müddət idi ki, Bakıda hazırlıq keçirdi. Bölgə təmsilçisi artıq ötən gün Premyer Liqanın hazırlığını ilk dəfə olaraq yerli azarkeşlər önündə - Tovüz şəhər stadionunda  keçirib.

Açıq məşqi xeyli azarkeş izləyib. Azarkeşlər doğma komandanı böyük coşqu ilə qarşılayıb, qurban kəsib.