U-16 Liqasının yaxşıları seçildi

Aprelin 18-də U-16 Liqasında 2018/19-cu illər mövsümünə yekun vuruldu. «Qəbələ» birinciliyin qalibi oldu. «Sabah» gümüş, «Keşlə» isə bürünc medallara sahib çıxdı.

Sportline.az xəbər verir ki, çempionat başa çatdıqdan sonra «Het-trik news» qəzeti birinciliyin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə Liqada iştirak edən 14 komandanın məşqçiləri arasında sorğu apardı.

Qaydalara əsasən, hər məşqçi çalışdırdığı komandadan olmamaq şərtilə 5 futbolçunun adını çəkə bilərdi. Siyahıya uyğun olaraq adları çəkillər 1-5 xal qazanırdılar. Yalnız «Sumqayıt»ın baş məşqçisi Vaqif Paşayev heç kimə səs vermədi. Qalan 13 məşqçinin fikrinə əsasən 2 futbolçu eyni xalla mövsümün ən yaxşısı seçildi. Bunlar «Zirə»nin və U-17 millimizin kapitanı Cəlal Hüseynovla «Qəbələ»nin və U-17 millimizin hücumçusu Mehrac Baxşəliyevdir. 3-cü yerə 17 xalla Rauf Rüstəmli («Qəbələ») layiq görüldü. İlk «beşliy»i Raufdan 2 xal az toplayan Əbil Əbilovla («Keşlə») və Gülağa Əsədov («Qəbələ») qapadılar.

Sorğuda ümumilikdə 29 futbolçunun adı çəkilib. Siyahıda ən çox «Qəbələ» və «Keşlə»li futbolçular yer alıblar – hərəyə 6 nəfər. «Neftçi»dən 4, «Zirə» və «Sabah» və «Səbail»dən 3, «Qarabağ», «Viləş», «Neftçi» İK İB və Gəncə TİM-dən isə 1 futbolçunun «29-luq»da adı var. Adları çəkilənlərdən 2-i – Kamran Şabıyevlə («Sabah»), Rza Cəfərov («Neftçi») qapıçıdır. Maraq üçün qeyd edək ki, ötən ilki sorğunun qalibinin adı siyahıda yoxdur. 

Yeri gəlmişkən, «Het-trik news» qəzeti 2003-cü il təvəllüdlü futbolçular arasında ötən mövsümün yekunlarına əsasən də bu tip sorğu keçirmiş və «Qəbələ»nin hücumçusu, hazırda «Keşlə»də çıxış edən Kamal Kazımov 1-ci, Əbil Əbilov 2-ci, Cəlal Hüseynov isə 3-cü yeri tutmuşdular. 32 futbolçunun adı çəkildiyi ötən ilki sorğuda ilk beşliyi Mehrac Baxşəliyevlə Əli Tağıyev («Keşlə») qapamışdılar. 

Liqanın ən yaxşılarına mükafatlar U-16 liqasında iştirak edən komandalar arasında mayın sonunda keçirilməsi nəzərdə tutulan turnirin finalında təqdim olunacaq.

Səsvermənin nəticələri:
 
1-2. Cəlal Hüseynov («Zirə») - 28
1-2. Mehrac Baxşəliyev («Qəbələ») - 28
3. Rauf Rüstəmli («Qəbələ») - 17
4-5. Gülağa Əsədov («Qəbələ») - 15
4-5. Əbil Əbilov («Keşlə») - 15
6. Rauf Ağasənov («Səbail») - 13
7. Rəşad Həsənov («Keşlə») - 8
8-9. Ümid Həmzəyev («Qəbələ») - 7 
8-9 Vaqif Həsənov («Keşlə») – 7
10-13. Asif Məmmədov («Qəbələ») – 5
10-13. Rza Cəfərov («Neftçi») - 5
10-13. Nihat Cəfərov («Neftçi») - 5
10-13. Məhəmməd Tağıyev («Keşlə») - 5
14-17. Kamran Şabıyev («Sabah») - 4
14-17. Həsən Seyfullayev («Sabah») - 4
14-17. Əşrəf Zeynallı («Qarabağ») - 4
14-17. Samir Əliyev («Viləş»)  - 4 
18-19. Seymur Məmmədov («Keşlə») - 3
18-19. Elməddin Qurbanlı («Səbail») - 3 
20-24. Ülvi Mədətov («Qəbələ») - 2
20-24. Hüseyn Babayev («Neftçi») - 2
20-24. Aşqın Abəzərov («Neftçi» İK İB) - 2
20-24. Əli Tağıyev («Keşlə») - 2
20-24. Nurəli Nurəliyev («Zirə») - 2