U-17 Gürcüstanda heç-heçə etdi

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Gürcüstanda təlim-məşq toplanışını davam etdirir. SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandamlz bu gün yerli komanda ilə qarşılaşıb.

Tbilisi şəhərində baş tutan qarşılaşma qolsuz bərabərliklə nəticələnib. Ancaq bu, komandaların yeganə görüşü olmayacaq.

Hər iki ölkənin U-17 yığması martın 15-də növbəti dəfə üz-üzə gələcək.