U-19 millimizdən məhsuldar heç-heçə
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.
SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında “Şüvəlan”la keçirilmiş qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Rüfət Abdullazadənin dubl etdiyi oyunda U-19-un digər qolunu Elvin Cəfərquliyev vurub.