U-20 DÇ: Meksika - İtaliya

Polşada 20 yaşadək futbolçuların dünya çempionatının qrup mərhələsi başlanıb.

Sportline.az xəbər verir ki, B qrupunun favoriti İtaliya seçməsi Meksika kollektivi ilə oyuna qolla başlayıb. 3-cü dəqiqədə Davide Frattezi fərqlənib.

Fasiləyədək tarazlıq bərpa olunub. Roberto de la Rosa hesabı bərabərləşdirib: 1-1. İtaliyalılar 67-ci dəqiqədə istəklərinə çatıblar. Luka Ranyeri qələbə qolunun müəllifi olub. 2:1 hesablı qələbəyə sevinən İtaliya millisi liderdir.