U-20 DÇ: Polşa - Kolumbiya

Polşada 20 yaşadək futbolçuların dünya çempionatının qrup mərhələsi başlanıb.

Sportline.az xəbər verir ki, B qrupunda mundialın ev sahibi Polşanın seçməsi Kolumbiya kollektivi ilə qarşılaşıb. Qonaqların aşkar üstünlüyü ilə keçən görüşün ilk hissəsində hesab açılıb. 23-cü dəqiqədə İvan Anqulo yerli azarkeşləri məyus edib.

Fasilədən sonra da təzyiqi azaltmayan kolumbiyalılar əsas vaxta əlavə edilən 3-cü dəqiqədə son nöqtəni qoyublar. Luis Sendoval hesabı 2:0 edib. Kolumbiya yığması 2-ci pillədə qərarlaşıb. Polşa millisi isə 3-cüdür.