U-20 DÇ: Taiti - Seneqal

Polşada 20 yaşadək futbolçuların dünya çempionatının qrup mərhələsi başlanıb.

Sportline.az xəbər verir ki, A qrupunda Seneqal millisi Taiti seçməsi ilə qarşılaşıb. Oyuna afrikalılar daha fəal başlayıblar. Start fitindən bir neçə saniyə sonra hesab açılıb. Amadu Sanya Seneqal azarkeşlərini erkən qolla sevindirib.

Fasiləyədək fərq daha da artıb. 19 yaşlı futbolçu özünün və komandasının 2-ci qolunu vurub. Fasiləyə məğlub yollanan Taiti yığması ikinci hissədə də məyus olub. 50-ci dəqiqədə Amadu Sanya het-trikini rəsmiləşdirib. 3-0 hesabı ilə qalib gələn Seneqal millisi liderdir.