U-20 DÇ: Yaponiya - Ekvador

Polşada 20 yaşadək futbolçuların dünya çempionatının qrup mərhələsi başlanıb.

Sportline.az xəbər verir ki, B qrupunda Yaponiya futbolçuları Ekvador seçməsi ilə üz-üzə gəliblər. Maraqlıdır ki, yaponiyalı futbolçular 2 qol vursalar da, qalib müəyyənləşməyib.

Fasiləyədək Kyösuke Taqavaya dəyən top rəqib qapısından keçib. İkinci hissədə onun komanda yoldaşı Kota Yamada hesabı bərabərləşdirib – 1:1. Heç-heçədən sonra Ekvador və Yaponiya millisi 2-ci, 3-cü yerlərdə qərarlaşıb.