U-21 millimizdə ciddi itki

21 yaşadək futboçulardan ibarət milli komandamız ciddi itki ilə üzləşib.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, Renat Dadaşov zədə üzündən komandadan ayrılıb. 

Gənc hücumçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da İsrail yığmasına qarşı keçirilmiş oyunda zədələnib.

Futbolçunun müayinəsinin nəticəsinə əsasən sentyabrın 11-də Avropa çempionatının seçmə mərhələsində Norveçə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub.