"Harada səhvlər etdiyimizi deyə bilmərəm" - Pep Quardiola
"Liverpul"u qələbə münasibətilə təbrik edirəm". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Mançester Siti" klubunun baş məşqçisi Pep Quardiola deyib.
"Liverpul"la görüşdən sonra oyun haqda fikirlərini bölüşən mütəxəssis harada səhvlər etdiklərini bilmədiyini söyləyib:
"Bu, elə bir mərhələdir ki, 180 dəqiqə yaxşı oynamaq tələb olunur. Biz bu 180 dəqiqədə ən yaxşı ilk hissədə oynadıq. Ardıcıl üç oyundur məğlub oluruq. Harada səhvlər etdiyimizi deyə bilmərəm. Bu oyunları analiz etməyə ehtiyacım var".
"Çempionlar Liqası bütün yarışlardan fərqlənir", - deyən Quardiola, "Barselona"ya baxın. Kim deyərdi ki, "Roma" yarımfinala yüksələcək?! Bizim rəqibimiz də kifayət qədər güclü idi. "Liverpul" bu yarışın favoritlərindəndir", - deyə fikrini tamamlayıb.