"Uçan portuqaliyalı"

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo A seriyasının 17-ci turunda "Sampdoriya" matçın (2:1) 45-ci dəqiqəsində vurduğu qolla diqqət çəkib.

Sportline.az xəbər verir ki, portuqaliyalı hücumçu qol zamanı 71 sm  tullanıb və başla zərbə endirdiyi anda 2.56 sm yüksəklikdə olub.

Bununla da o, Turin klubu ilə ardıcıl 5-ci matçda fərqlənib.