UEFA "Arsenal" - "Qarabağ" matçı ilə bağlı təhqiqata başladı

UEFA Avropa Liqasının 6-cı turu çərçivəsində keçirilən "Arsenal" - "Qarabağ" görüşü ilə bağlı araşdırma aparacaq.

SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, intizam işinin açılmasına səbəb oyun vaxtı azarkeşin meydana qondarma bayraqla daxil olması və matçın gec başlamasıdır. Meydan sahiblərinin buna görə cəzalandırılacağ gözlənilir. 

Hər iki məsələ ilə bağlı UEFA-nın 2019-cu il fevralın 21-da keçiriləcək iclasında qərar veriləcək.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" matçı London klubunun qələbəsi ilə yekunlaşıb - 1:0.