UEFA avrokubokların finalları üçün namizəd şəhərləri təqdim etdi

UEFA 2021-ci ildə keçiriləcək avrokubok finalları üçün namizədlərin siyahısını açıqlayıb. SportLine.az xəbər verir ki, siyahıda ümumilikdə 11 şəhərin adı var.

Çempionlar Liqasının finalına namizəd şəhərlər:

Münhen (Almaniya) - Münhen Arenası
Sankt Peterburq (Rusiya) - Sankt Peterburq Stadionu

Avropa Liqasının finalına namizəd şəhərlər:

Vyana (Avstriya) - Ernst Happel Stadionu
Tiflis (Gürcüstan) - Boris Payçadze Stadionu
Sevilya (İspaniya) - məkan dəqiqləşməyib

UEFA Super Kuboku oyununa namizəd şəhərlər:

Minsk (Belarus) - "Dinamo" Stadionu
Helsinki (Finlandiya) - Helsinki Olimpiya Staionu
Belfast (Şimali İrlandiya) - "Uindsor Park" Arenası
Xarkov (Ukrayna) - OSK Metalist Arenası

Qadınların Çempionlar Liqasının finalına namizəd şəhərlər:

Praqa (Çexiya) - "Eden Arena"
Göteburq (İsveç) - "Qamle Ullevi"

Qeyd edək ki, tərəflər 2019-cu il fevralın 15-nə kimi yekun sənədləri UEFA-ya təqdim etməlidir. Qurum isə öz qərarını gələn ilin may-iyun aylarında açıqlayacaq.