UEFA "Bavariya"nı cəzalandıra bilər

UEFA "Bavariya"ya cəza tətbiq edə bilər. SportLine.az xəbər verir ki, buna səbəb Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"a qarşı keçirilən görüşdə azarkeşlərin etdiyi hərəkətlərdir. 

Oyundan sonra azarkeşlərin meydana daxil olması və tribunada qadağan olunmuş pankartlar açması Münhen təmsilçisinin cəzalandırılması ilə nəticələnə bilər.

Qeyd edək ki, UEFA məsələ ilə bağlı qərarını 31 may tarixində açıqlayacaq.