UEFA Çempionlar Liqasında oyunların başlama vaxtı dəyişildi

Avropa İttifaqında saatların əqrəbinin 1 saat irəli çəkilməsi, Azərbaycanla bir sıra ölkələr arasında saat fərqini 3-dən 2-ə endirib.

Sportline.az xəbər verir ki, bu da öz növbəsində, idman yarışlarının başlama saatında dəyişikliyə səbəb olacaq.

Ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqasının oyunları bundan sonra, Bakı vaxtı ilə saat 23.45-də deyil, 22.45-də, Avropa Liqasının oyunları 22.00 və 00.05-də yox, 21.00 və 23.05-də start götürəcək.