UEFA bu mövsüm Çempionlar Liqasında VAR sistemini tətbiq edəcək

UEFA cari mövsümdə Çempionlar Liqasında VAR sistemindən istifadə edəcək. SportLine.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 1/8 final mərhələsindən etibarən qitənin ən nüfuzlu klub turnirində VAR sisteminin tətbiq olunacağı bildirilib.

Qeyd edək ki, 1/8 final mərhələsi 2019-cu ilin fevral ayında start götürəcək.