UEFA ÇL-da ilkin mərhələnin qalibi məlumdur

UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün ilkin mərhələsi yekunlaşıb.

Sportline.az xəbər verir ki, turnirin ilkin təsnifat mərhələsinin final matçında Andorranın "Santa Koloma” və Kosovonun "Feronikeli” klubları qarşılaşıb. Kosovo çempionu 2:1 hesabı ilə qalib gələrək I təsnifat mərhələsinə vəsiqə qazanıb. "Feronikeli” bu mərhələdə Uelsin TNS klubu ilə qarşılaşacaq.

İlkin mərhələnin yarımfinalında məğlub olan "Tre Penne” (San Marino) və "Linkoln” (Cəbəllütariq) isə Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq.