UEFA-dan "Arsenal" azarkeşlərinə xəbərdarlıq

"Arsenal" azarkeşlərinin təxribatına cavab gecikməyib.

Sportline.az "The Mirror"a istinadən xəbər verir ki, UEFA Bakıdakı final görüşü üçün "Arsenal" azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırıb.

Qitənin ali futbol qurumugörüş ərzində fanatların etirazlarının qarşısını almaq üçün belə addım atıb.

Xatırladaq ki, "Arsenal" erməni futbolçusu Henrix Mxitaryanı şəxsi istəyi ilə Bakıya gətirməyəcək. UEFA Avropa Liqasının həlledici görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq. Qarşılaşma saat 23-də başlanacaq.