UEFA-dan Asim Xudiyevə təyinat

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev növbəti təyinat alıb. 

SportLine.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Xudiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununda  iş başında olacaq. 

O, oktyabrın 12-də keçiriləcək Rusiya – Makedoniya matçının hakim-inspektoru təyin edilib.