UEFA-dan "Ayaks"a cəza

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Çelsi" - "Ayaks" oyununda qonaqların azarkeş dəstəyi olmayacaq.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam klubu azarkeşlərin "Valensiya" ilə səfər matçındakı davranışına görə cəzalanıb.

Bundan başqa, Hollandiya klubu 50 min avro cərimələnib. "Ayaks" hazırda apellyasiya müraciəti üçün məsələni araşdırır.

Qeyd edək ki, "Çelsi" - "Ayaks" oyunu noyabrın 5-də olacaq.