UEFA-dan BOS-a 5 ulduz

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

Sportline.az xəbər verir ki, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasındakı final saat 23:00-da başlayacaq.